Dərc edildi: Baxış sayı: 877
Azərbaycanda son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 19 044 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət