Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda səpin aparılmış sahənin 98%-ni dən üçün payızlıq bitkiləri təşkil edib

Azərbaycanda səpin aparılmış sahənin 98%-ni dən üçün payızlıq bitkiləri təşkil edib
Sakura

Azərbaycanda səpin aparılmış sahənin 98%-ni dən üçün payızlıq bitkiləri təşkil edib

Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, səpin aparılan sahənin 98,3%-ni və yaxud 876 163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577 252,5 hektarı buğda, 298 702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (43 689,2 hektar) və Cəlilabad (49 100 hektar), Füzuli (26 590,0 hektar), Şamaxı (23 426,5 hektar), İsmayıllı (22 079 hektar), Qobustan (21 231 hektar), Hacıqabul (18 767 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485 hektar), Kürdəmir (26 800hektar), Ağsu (13 602 hektar), Biləsuvar (12 745 hektar), Şamaxı (11 468 hektar), Hacıqabul (10 467 hektar) rayonlarında səpilib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərinin səpin sahəsi 1,3%, o cümlədən arpanın səpin sahəsi 6,5%, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2% azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR