Dərc edildi: Baxış sayı: 336
Azərbaycanda şəhid ailəsi hesab edilən şəxslərin siyahısının genişləndirilməsi təklif olunur
Azərbaycanda şəhid ailəsi hesab edilə biləcək şəxslərin siyahısının genişləndirilməsi təklif olunur.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Sənəddə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinin ikinci hissəsində şəhid ailəsinin üzvləri sırasına “əri (arvadı), valideynləri və övladları olmadıqda, qardaşları (bacıları)”, habelə “qəyyumu” sözlərinin əlavə edilməsi təklif olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət