Dərc edildi: Baxış sayı: 741
Azərbaycanda reyd keçirildi: 30 avtobus sürücüsü saxlanıldı
Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.
BAKU.WS istinadən xəbər verir ki, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.
Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət