Dərc edildi: Baxış sayı: 659
Azərbaycanda Rəqabət Məcəlləsi hazırlanacaq
"Azərbaycanda islahatlar mütəmadi olaraq keçirilməkdədir".
ONA-nın xəbərinə görə, bunu Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.
G. Kərimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi" haqqında Fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.
Birinci Vitse-prezidentin köməkçisi qeyd edib ki, 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanması prioritet məsələdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət