Dərc edildi: Baxış sayı: 607
Azərbaycanda reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin sayı açıqlandı
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1803 nəfərdir.
Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.
Bildirilir ki, hazırda reanimasiya şöbəsində 181 xəstə müalicə alır. Süni tənəffüs cihazında olan xəstələrin sayı isə 21 nəfərdir.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 152 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb. Virusa yoluxan 111 nəfər isə müalicə olunaraq sağalıb, bir nəfər isə vəfat edib.
Bu günə qədər koronavirus infeksiyasından ümumi ölənlərin sayı 519, sağalanların sayı isə 33 min 104 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət