Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb
Sakura

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az ARDNF-in yayımladığı məlumatlara əsasən xəbər verir.

2020-ci ilin ilk altı ayı üzrə Neft Fondunun investisiya fəaliyyətinin yekunlarına nəzər yetirək.

Ən son məlumatlara əsasən, Fondun həmin dövr üçün cəmi investisiya portfeli 42 milyard 636 milyon dollardan çoxdur.

Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 66,8 faiz istiqrazlar və pul bazarı alətlərinin, 13,7 faiz səhmlərin, 5,9 faiz daşınmaz əmlakın, 13,6 faiz isə qızılın payına düşür. Bu ilin ilk altı ayında Neft Fondu 101,8 ton qızıla yatırım edib.

Qeyd edək ki, qızıla yatırılan investisiya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Belə ki, 2019-cu ilin müvafiq dövründə Neft Fondunun cəmi investisiya portfelinin (42 milyard 463 milyon 450 min dollar) 10,3 faizi qızıla yatırılmışdı. Həmin dövr üçün 95,47 ton qızıla investisiya qoyulmuşdu.

Fond ümumilikdə 2019-cu ildə 101,2 ton qızıla investisiya qoyub.

Bildirək ki, ARDNF-nin investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri qızıla investisiya edilə bilər.

2012-ci ilin 1 fevral tarixindən etibarən Neft Fondu London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq, 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlayıb.

Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə 30,18 ton (970 146 troya unsiya) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə iki il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

Alınmış qızılların Azərbaycana gətirilməsi Britaniyanın “Brink’s Global Services” şirkəti tərəfindən həyata keçirilir.

Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR