Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda qız uşaqlarının sayı azalır

Azərbaycanda qız uşaqlarının sayı azalır
Sakura

Azərbaycanda qız uşaqlarının sayı azalır

Son dövrlərdə apardığımız araşdırmalar onu göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı azalır. Amma bu, təbii hal deyil.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir çox ailələr biləndə ki, qız uşaqları dünyaya gələcək hamiləliyi dayandırırlar:

“Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır.  Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik”.

Komitə sədri bildirib ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur:

“Bu stereotiplər olmamalıdır. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir”.

“Qız uşaqlarının doğulmasını stimullaşdırmaq  üçün sosial yardım edilməsi məsələsi hələ gündəmdə deyil. Bu məsələ hələ söhbət səviyyəsindədir”, - deyə Hicran Hüseynova qeyd edib.

Komitə sədri bildirib ki, erkən nikahlarla bağlı hallar hələ də qeydə alınır:

“Biz mübarizə aparırıq. Azərbaycanda erkən nikahların sayı azalıb. Erkən nikah bir tərəfdən də zorakılıqdır.  Yerlərdə fəaliyyət göstərən monitorinq qruplarımız var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR