Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda qız çatışmazlığı – Professor: “Azərbaycanlı kişilər evlənmək üçün Rusiyaya üz tutur”

Azərbaycanda qız çatışmazlığı – Professor: “Azərbaycanlı kişilər evlənmək üçün Rusiyaya üz tutur”
Sakura

Azərbaycanda qız çatışmazlığı – Professor: “Azərbaycanlı kişilər evlənmək üçün Rusiyaya üz tutur”

Azərbaycan Çindən sonra gender disbalansının (qadınlarla kişilərin nisbəti) ən çox pozulduğu ölkə sayılır.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə hər 100 qadına 114 kişi düşür.

Hazırkı doğum göstəricisi saxlanılsa, 2050-ci ildə Azərbaycanda hər il 10-15 min oğlan uşağı çox doğulacaq. Bu isə əhalinin cinsi tərkibində bərabərsizlik, qadınlarının azlığına və onlar uğrunda kişilər arasında mübarizəyə yol açacaq. Buna görə, azərbaycanlı kişilərin kənar ölkələrdən özlərinə həyat yoldaşı axtarması halları artacaq.

Moskva Dövlət Universitetinin sosiologiya fakultəsinin professoru Aleksandr Sinelnikov azərbaycanlıların həyat yoldaşı axtarışında ilk Rusiyaya getdiyini söyləyib.

“Biz artıq bu tendensiyanı görürük. Qarışıq ailə quran azərbaycanlı kişilərin sayı qadınlardan 3 dəfə çoxdur”.

Professorun fikrincə, bu sahədə son illər Azərbaycan hökuməti bir sıra təşəbbüslər həyata keçirsə də, insanların qız övladına münasibəti dəyişməyincə, selektiv abort problemini həll etmək çətin olacaq. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR