Azərbaycanda qiymət artımı səviyyəsi AÇIQLANDI
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104 faiz təşkil edib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb.
İllik müqayisədə istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib.
Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,3 faiz təşkil edib.
2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,4 faiz təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət