Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda qış turizmi üçün hazırlıqlara başlanılıb

Azərbaycanda qış turizmi üçün hazırlıqlara başlanılıb
Sakura

Azərbaycanda qış turizmi üçün hazırlıqlara başlanılıb

Dekabrın 1-dən artıq qış turizminin açılışı olacaq

Yerli turizm şirkətləri xarici tərəfdaşlara Azərbaycanda qış turizmi ilə bağlı turpaketləri göndərməyə başlayıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, yerli turizm şirkətləri əsasən dağ-xizək turizmi ilə bağlı işlər görurlər: "Yay mövsümü bitdikdən sonra ən aktual mövzu qış turizmidir. Dekabrın 1-dən artıq qış turizminin açılışı olacaq".

N.Bağırov qeyd edib ki, hər il ölkəmizə qış turizmi ilə bağlı xaricdən daha peşəkar xizəkçilər gəlir: "Ümid edirik ki, keçən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəyə gələn turistlərin sayı daha da artacaq. Ötən ilə nəzər salsaq görərik ki, çox sayda peşəkar xizəkçi istirahət üçün məhz buranı, xüsusən də Şahdağı seçib".

AzTA sədri bildirib ki, dünyada ən populyar qış turizmi məhz xizəksürmə ilə bağlıdır və Azərbaycanda hər il bu sahə inkişaf edir. 

 

Mənbə : Aznews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR