Azərbaycanda qeyri-neft ixracın artırılması üçün görülən işlər açıqlanıb
Azərbaycanda qeyri-neft məhsulların rəqabətqabiliyyətli olması üçün hüquqi rejimlərə baxılması, müxtəlif ölkələrlə preferensial ticarət sazişlərinin imzalanması, sərbəst bazarlarla bağlı müzakirələr aparılır.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.
E. Əliyev vurğulayıb ki, ötən il qeyri-neft ixracı 3 milyard ABŞ dollarını ötüb: "Bu artan dinamika üzrə gedir. Əsas məqsəd 2022-2026-cı illər üzrə dövlət strategiyasında qeyd olunan qeyri-neft sektoru ilə bağlı hədəflərə nail olmaqdır".
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Təkcə may ayında isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.
Son 5 il ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 11,3 milyard ABŞ dolları təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət