Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir
Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə isə bu göstərici 26 faizdir, yəni heç 30 faizə çatmır.
R.Əliyevin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.
"Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Qeyri-infeksion xəstəliklərin yükü istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə yoluxucu xəstəliklərdən yüksəkdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət