Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda qənd və şəkər tozu istehsalı aşağı düşüb

Azərbaycanda qənd və şəkər tozu istehsalı aşağı düşüb
Sakura

Azərbaycanda qənd və şəkər tozu istehsalı aşağı düşüb.

Kommersant.az xəbər verir ki, 2018-ci ilin yanvar-avqust dövründə 106,9 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azdır (166,3 min ton şəkər tozu ilə müqayisədə).

2018-ci ilin 8 ayı ərzində isə Azərbaycana 54 milyon 477 min dollar dəyərində 148 min 852 ton şəkər idxal olunub. Xatırladaq ki, 2017-ci ilin 8 ayı ərzində 109 milyon 394 min dollar dəyərində 233 min 135 ton şəkər idxal olunmuşdu. Ölkənin şəkərə olan 2016-cı il üzrə illik tələbatı adambaşı 32 kq, 2017-ci il üzrə isə 42 kq səviyyəsində olub.

Aqrar sahə üzrə ekspert Nicat Nəsirli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, idxaldan asılılıq xammal üzrədir:

"Ölkədə şəkər tozuna olan tələbatın 90%-i ödənilir. Azərbaycanda yetərincə şəkər çuğunduru istehsal olunmadığından, onun müəyyən hissəsi əsasən İrandan gətirilir. İdxaldan asılılıqdam imtina etmək üçün ilk növbədə torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq lazımdır. Şəkər çuğunduru əkilən torpaqda 3-4 il durmadan münbitləşdirmə tədbirləri görülməlidir. Yoxsa növbəti ildə orada heç bir bitki əkmək mümkün olmayacaq. Çünki şəkər çuğunduru torpaqdakı bütün qida maddələrini sorur".

Ekspert qeyd edib ki, şəkər çuğunduru böyük təsərrüfatlarda və istifadə olunmayan torpaqlarda yetişdirilməlidirki, meliorativ tədbirlər aparılsın, bu sahəyə iri sərmayədarlar cəlb olunsun:

"Azərbaycanda şəkər çuğunduru son illər kiçik təsərrüfatlarda inkişaf etdirilir. Həmin təsərrüfatlar bitkinin potensialı arxasında dayana bilməz. Təəssüf ki, əksər yerlərdə şəkər çuğunduru əl ilə yığılır. Texnika çatışmazlığı problemi var. Məhsulun ağır aqrotexnikası var. Əkin üçün xüsusi fermerlərin olmasına ehtiyac var".

N.Nəsirli eyni zamanda vurğulayıb ki, şəkər çuğundurunun maya dəyəri baha başa gəlir:

"Nəqliyyat xərci də xammalın maya dəyərinə təsir edir. Şəkər çuğundurunun əkin sahələrini genişləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın torpaq fondu kifayət qədər zəifdir. Əkinə yararlı torpaqlar çox azdır".

Xatırladaq ki, hazırda ölkədə şəkər istehsalı ilə məşğul olan yalnız bir müəssisə fəaliyyət göstərir. Bu "Azərsun Holdinq"in tərkibində olan və 2006-cı ildən fəaliyyətə başlayan İmişli Şəkər Zavodudur. Zavodun istehsal gücü ildə 1,8 milyon ton və ya 603 min ton xam şəkərdir. Amma son vaxtlar zavod öz istehsal gücündən təqribən ikiqat aşağı fəaliyyət göstərir. Belə ki, 2016-cı ildə zavoda 420 min tona yaxın şəkər istehsal edildiyi halda 2017-ci ildə istehsal kəskin azalaraq 228 min tona düşüb. Bu əvvəlki ilə müqayisədə az qala iki dəfə artıqdır.

Lakin İmişli Şəkər Zavodundan "Kommersant.az"ın sorğusuna cavab olaraq bildiriblər ki, Zavod şəkər tozuna olan ölkədaxili tələbatı tam ödəmə potensialındadır:

"İmişli Şəkər Zavodunun gündəlik istehsal gücü 1800 tondur. Bu il 92 min 867.42 ton şəkər istehsal olunub. Müəssisə üçün xammal şəkər çuğunduru hesabına, eyni zamanda Braziliya və s. kimi ölkələrdən alına xam şəkər hesabına təmin edilir. Məhsul Tacikistan, İraq Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistana ixrac olunur (465-650 dollara)".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR