Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda qəbiristanlıqların mühafizə zonasında yaşayış binalarının tikintisi qadağan edilib

Azərbaycanda qəbiristanlıqların mühafizə zonasında yaşayış binalarının tikintisi qadağan edilib
Sakura

Azərbaycanda qəbiristanlıqların mühafizə zonasında yaşayış binalarının tikintisi qadağan edilib

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə 0,24 hektar hesabı ilə müəyyən ediləcək.

Report” xəbər verir ki, bu, yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektlər arasında ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır.

Bağlı elan olunan qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.

Kənd yaşayış məntəqələrində yerləşən qəbiristanlıqdan yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinə qədər olan məsafənin qrunt sularının səviyyəsi nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldılmasına yol verilir.

Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir.

Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir:

1. sürüşməyə və çökməyə meyilli olmamalıdır,

2. məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır,

3. daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır,

4. qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır,

5. ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır,

6. torf və ağır gilli torpaq sahələri olmamalıdır.

Nəzərdə tutulmuş tələblərə cavab verən torpaq sahələri olmadıqda, qəbiristanlığın tikintisi üçün ayrılan torpaq sahəsində drenaj sistemi olmalıdır.

Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri nəzərdə tutulan tələblərdən birinə cavab vermədikdə, həmin torpaq sahələrindən istifadə edilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin rəyi əsasında onların bu tələblərə uyğunlaşdırılmasından sonra yol verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR