Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda qastronomiya turizmi: bu gün və sabah

Azərbaycanda qastronomiya turizmi: bu gün və sabah
Sakura

Azərbaycanda qastronomiya turizmi: bu gün və sabah

Yerli aşpazlar belə gözəl dadları əldə etmək üçün heç də ekzotik deyil, tamamilə adi və ucuz ərzaqlardan istifadə edirlər. Bəs, onlar adi ərzaqlardan kulinariya sənətinin şah əsərlərini yaratmağı necə bacarırlar?
Təcrübəli səyyahlar deyirlər: milli mətbəx ölkə haqqında onun istənilən muzeyindən daha çox şey deyəcək. Bu, mübahisəli fikir olsa da, həqiqət payı çoxdur. Dadlı, ətirli yeməklərdən və nəfis içkilərdən dadaraq bir regionun, yaxud ölkənin ənənələri ilə tanış olmaq məmnunluq doğurur.

Azərbaycan mətbəxini əfsanəvi adlandırmaq olar. Azərbaycan evlərindəki, kafe və restoranlarındakı masalar sanki heç bir qurmanın yanından sakit və laqeyd keçə bilməyəcəyi yeməklərlə doldurulur - ləzzətli ətirlər, parlaq rənglər, incə balanslı dad. Yerli aşpazlar belə gözəl dadları əldə etmək üçün heç də ekzotik deyil, tamamilə adi və ucuz ərzaqlardan istifadə edirlər. Bəs, onlar adi ərzaqlardan kulinariya sənətinin şah əsərlərini yaratmağı necə bacarırlar? Qastronomiya turizmi milli turizmin inkişafına necə təsir edir?

Bu və digər suallara dekabrın 28-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə, həmtəsisçisi Kəmalə Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov cavab verəcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR