Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda polislərdən 80 manat istənilməsilə bağlı görüntülər yayıldı

Azərbaycanda polislərdən 80 manat istənilməsilə bağlı görüntülər yayıldı
Sakura

Azərbaycanda polislərdən 80 manat istənilməsilə bağlı görüntülər yayıldı

Sosial şəbəkələrdə polisin aylıq xərac istənilməsinə dair videogörüntü yayılıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  görüntülərdə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) vəzifəli şəxsi polislərdən adambaşına 80 manatdan pul gətirmələrini istəyir.

Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Yayılan videogörüntülərlə bağlı Oxu.Az-ın sorğsuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, “TikTok”da yayılan görüntülərdən məlumatlıdırlar:

“Bu görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR