Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır

Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır
Sakura

Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir. Seminarda dünyanın tanınmış məsləhətçi şirkətlərdindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə qonaqlara məlumat verib.

Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13 faizlik bir hissəsini, yəni 1,3 milyon vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.

A.Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirillməsi işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti 5 illik dövr üçün planın da hazırlanmaqda olduğunu, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyyələrinə önəm verildiyini qeyd edib. O, eyni zamanda, PwC şirkətinin ekspertləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Seminarın gündəliyinə Azərbaycanda mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni 5 illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR