"Azərbaycanda parça istehsal olunmalıdır"
"Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. “Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır".
News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən söyləyib.
Bildirib ki, pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir:
"Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir. Bu məsələ ilə və subsidiyalarla bağlı məlumat verin".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət