Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda özəl yolların tikintisi başlayır

Azərbaycanda özəl yolların tikintisi başlayır
Sakura

Azərbaycanda özəl yolların tikintisi başlayır

Azərbaycanda özəl sektor tərəfindən inşa edilərək pullu istifadəyə veriləcək yolların tikintisinə başlanılır.

FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yerli və xarici özəl şirkətlərə müraciət edərək onları ölkədə pullu yolların tikintisinə dəvət edib. 

«Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində özəl sektorlara “Tik-İşlət-Təhvil ver” layihələrinin həyata keçirilməsi məqsədilə aşağıda qeyd olunan layihələrin tikintisində özəl sektorlar tərəfindən investisiya qoyuluşu üçün layihələrin həyata keçirilməsində yerli və xarici özəl şirkətləri əməkdaşlığa dəvət edir»-deyə agentlikdən FED.az-a bildirilib. 

Agentlikdən FED.az-a bildirilib ki, söhbət avtomobil yollarının özəl sektor tərəfindən özəl vəsait hesabına inşa edilməsi və həmin yolun ödənişli qaydada fəaliyyət göstərməsindən gedir. İnvestor buraya yatırdığı sərmayəni çıxardıqdan sonra həmin yol dövlətə təhvil verilir və bundan sonra dövlət tərəfindən istismar edilir.

Bu layihə çərçivəsində aşağıdakı yolların tikintisi nəzərdə tutulur

1. R-6 Tağıyev-Sahil avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri.

2. 2-ci texniki dərəcəli Quba-Şamaxı avtomobil yolunun tikintisi.

3. “Ağsu” aşırımından keçilməməsi şərtilə M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsinin tikintisi.

Maraqlanan özəl sektor təmsilçiləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR