Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ov mövsümü açıq elan edilib

Azərbaycanda ov mövsümü açıq elan edilib
Sakura

Azərbaycanda ov mövsümü açıq elan edilib

İyunun 1-dən Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov ONA-ya bildirib ki, hər il ov mövsümü mayın ayının sonu, iyunun əvvəli açıq elan edilirdi. Bu il ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və  iyunun 1-dən etibarən mövsümün başlanmasına qərar verilib.

F. Məmmədov deyib ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdən də heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olur.

F. Məmmədov bildirib ki, Dağıstan turu 01 iyun – 12 oktyabr, qaban (Çöldonuzu) 14 sentyabr - 21dekabr, dovşan 16 noyabr – 11 yanvar, bataqlıq qunduzu (nutriya) 05 oktyabr - 15 fevral, cüllüt (ağquyruq çökük burun,  qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr – 23 noyabr, qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr – 07  mart, ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr – 07 mart, qaşqaldaq 12 oktyabr – 07  mart, alabaxta və bildirçin 24 avqust - 16 noyabr tarixlərində ovlana bilər.

Ov üçün icazə Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə alınır. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir: “Ola bilər ki, ovçuluğa yeni başlayanlar bəzi qaydaları və tələbləri bilməsin. Lakin hesab edirəm ki, təcrübəli ovçuların böyük əksəriyyəti qaydalardan xəbərdardır. Hər il ov mövsümünün başlanğıcında biz ictimaiyyətə KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumatlar veririk. Ovla məşğul olan şəxs ilk növbədə ov üçün icazə bileti almalı, ov üçün icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Bu qaydalar və tələblər yerinə yetirilsə, kimsə cərimələnməz. Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl  donuzu) Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad, Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi  müəyyən olunmuş ov sahələrində ovlana bilər. Bununla bağlı daha ətraflı məlumatı Nazirliyin saytının elanlar bölməsindən əldə etmək olar".

Qurum rəsmisi ov etmyin qadağan olunduğu əraziləri də açıqlayıb: “Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz. Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına dəqiq əməl etsinlər, odlu silahla ehtiyatlı davransınlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR