Slimfit
  1. AZƏRBAYCAN

“Azərbaycanda otel, hostel açmaq üçün heç bir xüsusi icazə tələb olunmur”

“Azərbaycanda otel, hostel açmaq üçün heç bir xüsusi icazə tələb olunmur”
Sakura

“Azərbaycanda otel, hostel açmaq üçün heç bir xüsusi icazə tələb olunmur”

Azərbaycan bir sıra beynəlxalq miqyaslı yarışlara və tədbirlərə ev sahibliyi etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzu artıb və nəticədə xarici ölkələrdən Azərbaycana turist axını başlayıb. Turislərin Azərbaycana səfəri Bakıda, eləcə də bölgələrdə otellərin, hostellərin sayının artmasına da səbəb olub. Lakin məsələnin maraqlı məqamı həmin otellərin ulduzlanması-sertifikatlaşdırılması, hostellərin və turizm şirkətlərinin fəaliyyətidir.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə bizimyol.info-ya açıqlamasında bildirib ki, bu sahədə işlər görülür, artıq yay aylarından Azərbaycanda otellərin ulduzlanması işlərinə başlanılacaq və bir sıra Avropa ölkələrinin praktikaları bu sahəyə tətbiq ediləcək:

“Otellərin ulduzlanması-sertifikatlaşdırılması ilə məşğul olacaq Azərbaycan Otellər Assosasiyası. AOA bu günlərdə Avropanın Otellər, Restoranlar və Kafelər Assosasiyasının müşahidəçi üzvü seçilib. AORKA üzvü seçilməyin əsas məqsədi Avropa Komissiyasının qəbul etdiyi standartların, Avropa Otelçiliyinin qəbul etdiyi standartları, ulduzlanmanın təsnifatlarını Azərbaycandakı otellərə tətbiq edə bilsinlər.

Ulduzlanma prosesi Azərbaycan Otellər Assosasiyasə tərəfindən ölkəmizdə bu ilin yayında başlayacaq və təxminən 300 səhifəlik bir sənəd avropalı mütəxəsislərin iştirakı ilə ulduzlanma aparılacaq. Ulduzlar isə bir neçə illik veriləcək və həmin müddət bitdikdən sonra xidmət çeşidləri artırılacaq və təkmilləşdiriləcəksə ulduz sayı artırılacaq, ya da azaldılacaq. Təbii ki, həmin otellər xidmətin çeşidliliyinə görə, ərazinin genişliyinə görə, təmizliyinə görə, təhlükəsizliyinə görə, personalın davranışına görə ulduzlanacaqlar.

Bundan başqa gizli qonaq sistemi də yaradılacaq. Bunun mahiyyəti isə ondan ibarətdir ki, ulduz almış otellərə gizli qonaqlar-mütəxəsislər göndəriləcək. Onlar orada qalıb xidmət səviyyəsini öyrənəcək və verilən ulduza layiq işin gedib-getmədiyini dəqiqləşdirəcək. Eyni zamanda tanınmış “Hotel Booking” saytlarında monitorinqlər aparılacaq ki, müştərilər, turistlər həmin otellər haqqında hansı qənaətdədilər, razıdılarmı yoxsa narazıdırlar. Bu meyarlar çox geniş bir sənədlər toplusudur ki, həmin meyarlar əsasında dünya otelləri işləyir”.

Həmçinin agentlik rəsmisi bildirib ki, bu gün Azərbaycanda otellərə ulduzların verilməsini heç bir dövlət qurumu həyata keçirtmir, eləcə də turizm şirkətlərinin, otelləri, hostellərin açılması üçün xüsusi icazə tələb olunmur:

“Bu gün üçün heç bir qurum otellərə ulduz vermir. Bu proses hələ başlayacaq. Bu gün Bakıda hansısa hostel xidməti göstərən otel götürür divarına 5 dənə ulduz vurur və başlayır fəaliyyətə. Həmin ulduzlar hansısa dövlət qurumu tərəfindən verilmir. Otellər standartlara cavab vermir lakin bunun üçün müvafiq dövlət qurumları var. Məsələn sanitariya məsələsidir ki, buna nəzarət edən qurum var, təhlükəsizlik məsələsidir ki, buna da nəzarət edən qurum var. Biz Dövlət Turizm Agentliyi olaraq biznes işinə qarışmırıq. Agentliyin biznes işinə qarışmağa, müdaxilə etməyə nə səlahiyyəti var, nə də ki niyyəti. Biznes azaddı Azərbaycanda. Ölkəmizdə turizm şirkətləri açmaq, otel açmaq, hostel açmaq üçün heç bir xüsusi icazə tələb olunmur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR