Slimfit
  1. GÜNDƏM

Azərbaycanda Orqan Satışı - Gizli çəkiliş

Azərbaycanda Orqan Satışı - Gizli çəkiliş
Sakura

Azərbaycanda Orqan Satışı - Gizli çəkiliş

BAKU.TV əməkdaşının internetdə rastına çıxdığı bu kimi elanlar bu məqalənin yaranmasına səbəb oldu. Böyrəyini satanlar əsasən kişilərdir. Qiymətlər isə müxtəlifdir. 10 mindən 70-80 min manat arasında dəyişir.

Məsələnin hüququ tərəfi isə belədir: Könüllü şəkildə orqan satan şəxsi 3 il, məcburi qaydada, hədə-qorxu yolu ilə qorxudaraq orqan alan şəxsi 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir. 50 yaşlı böyrəyini satmaq istəyən Tahir adlı şəxs böyrəyini 50 min manata sataraq işlərinin bir qismini reallaşdırmaq istəyir.

23 yaşlı Heydər isə illər əvvəl böyrəyini satmaq qərarını verib. Azərbaycanda orqanın alqı-satqı ilə həyata keçirilməsi qadağandır. Bu proses yalnız xeyriyyə məqsədilə reallaşa bilər. Sonda bir ürəkaçan məqamla reportajımızı bitiririk. Azərbaycanda böyrəyini xanıma verən bir gənc sonradan onunla ailə qurub. Bunu bizə 3 il əvvəl qızı üçün böyrək axtarmış ata dedi.

Mənbə: demokratik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR