Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlandı

Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlandı
Sakura

Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlandı

2021-ci ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq.

Report  xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.

Bundan başqa, tezliklə hüquqi şəxslərin təsis sənədlərində dəyişiklikləri online rejimdə etmək mümkün olacaq, deyə Vergilər Nazirliyinin Departament rəisinümayəndəsi vurğuladı. 

Ə.Məmmədovun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR