Slimfit
  1. MEDİA

Azərbaycanda niyə peşəkar ordu yoxdur?

Azərbaycanda niyə peşəkar ordu yoxdur?
Sakura

Azərbaycanda niyə peşəkar ordu yoxdur?

"Peşəkar ordu bir qayda olaraq heç bir müharibə təhlükəsi olmayan orduda olur. Azərbaycan müharibə vəziyyətindədir, münaqişə hələ bitməyib, torpaqların bir hissəsi işğaldadır. Ona görə də, hər bir vətəndaşımızın hərbi xidmətdə olması vacibdir. Bu baxımdan, bu məsələ gündəmdə deyil”.

Ens.az xəbər verir ki, bunu Toplum Tv-yə açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan -Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi pozulub. Müdafiə Nazirliyinin verdiyi məlumata görə,  Azərbaycan ordusundan biri general olmaqla ümumilikdə 11 hərbçisi həlak olub. 

Şəhidlər arasında 18 yaşlı gənc əsgərin olması yenidən peşəkar ordu məsələsini aktuallaşdırır.

Nəyə görə hələ də Azərbaycanda peşəkar ordu yoxdur?

Hərbi ekspert Telman Əbilov  Toplum tv-yə açıqlamasında bildirib ki, bir müddət əvvəl peşəkar ordu məsələsi gündəmdə var idi: "Bəzi addımlar da atılmışdı. Xüsusilə, Zakir Həsənov nazir olduqdan sonra bu istiqamətdə addımlar da sürətləndi. Hərbi hissələrə Müddətdən Artıq Xidmət Edən Hərbi Qulliqçuların(MAXE) qəbulu başlandı. Bəlkə də 5 minə yaxın bu kateqoriyadan hərbçilər hərbi hissələrə qəbul olundu. Amma, təəssüf ki, MAXE-lərin seçimi şəffaf və peşəkarlıqla keçirilmədi. Sorğu və müsahibə zamanı korrupsiya hallarına yol verildi. Bu isə yaxşı nəticə vermədi. Layiq olanlar seçilmədi”. 

T.Əbilovun fikrincə, fiziki cəhətdən zəif olanlar, dünyagörüşü və biliyi  olmayanlar seçilməsi orduda MAXE-lərə qarşı mənfi münasibətin formalaşmasına gətirib çıxardı. "Bundan sonra isə həmin şəxslərin ordudan uzaqlaşdırılması prosesi başlandı. Ya bu kateqoriyadan olan və müqavilələri bitmiş şəxslərlə müqavilə müddəti uzadılmır, ya da hərbi sıralardan təxris edilirlər. Bunların hamısının nəticəsində isə ordu korrupsiyanın qurbanı oldu”,- ekspert qeyd edir. 

Hərbi ekspert bildirir ki, peşəkar ordu quruculuğunun ən yaxşı nümunəsi kimi Gürcüstanı göstərmək olar. Onun sözlərinə görə, bu ölkədə peşəkar quruculuq təcrübəsi özünü yaxşı doğruldub və təxminən 90-95% ordu belə formalaşdırılıb. 

A.Mirzəzadə hazırda bu məsələ ilə bağlı qanunvericiliyə hansısa əlavələrin edilməsinə ehtiyac duymadığını deyir: "Çünki Azərbaycanda ordu çağırış əsasında formalaşır. Bu məsələ ilə bağlı qanunvericiliyə hansısa əlavələrin edilməsinə ehtiyac yoxdur. Amma bununla belə ordunun spesifikliyi nəzərə alınaraq bəzi peşələrdə müddətdən artıq xidmət edənlərin sayəsində peşəkar ordu formalaşdırılır”.

Deputat A.Mirzəzadə  bununla yanaşı ordu sıralarında bir sıra peşələrdə müddətdən artıq xidmət edən hərbi qulluqçuların fəaliyyət göstərdiyini deyir. Bunun isə gələcəkdə peşəkar ordu quruculuğu üçün atılan ilkin addımlar olduğunu bildirir.

Deputat son günlər baş verən hadisələrlə bağlı Milli Məclisin toplanmasının hələ ki gündəmdə olmadığını da nəzərə çatdırır: "Hələ ki döyüşlər gedir, deputatlar bununla bağlı mövqelərini ortaya qoyur. Ordumuzun ruh yüksəkliyi var. Bizim gənclərimizin özləri döyüş bölgəsinə könüllü yollanmaq istədiyini bildirirlərsə də, Ermənistanda döyüş mövqeyindən qaçan zabitləri görürük. Silah və texnika cəhətdən Azərbaycan ordusu kifayət qədər güclüdür. Ermənistanın canlı qüvvəsi və texnikası da məhv edilib”. 

Hazırda Tovuz istiqamətində hərbi əməliyyatlar davam edir.

 

Vüsalə Mikayıl

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR