Dərc edildi: Baxış sayı: 1096
Azərbaycanda nazirliyin idarə rəisi dünyasını dəyişdi
Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifəli əməkdaşı dünyasını dəyişib.
“Report” xəbər verir ki, nazirliyin Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi Akif Qorçubəyli (Alışanov) vəfat edib.
O, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilmişdi.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, A. Qorçubəyli AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət