Dərc edildi: Baxış sayı: 904
Azərbaycanda möcüzəyə bənzər hadisə - Ticarət mərkəzində ölən uşaq dirildi
Ötən gün Gəncədə bədbəxt hadisə nəticəsində öldüyü bildirilən 9 yaşlı uşaq ayılıb.
BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, “Gəncə Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılan 2010-cu il təvəllüdlü Əli Qədir oğlu Rüstəmzadə xəstəxanaya aparılıb.
Lakin həkimlər uşağın öldüyünü bildiriblər. Onun aparatda ürəyinin dayandığı qeyd edilib. Uşaq polisdə də öldü kimi qeydiyyata düşüb.
Bir neçə saat sonra uşağın hərəkət etdiyini görən həkimlər şoka düşüblər. Hazırda Əli Rüstəmzadənin vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, “Gəncə Mall” Ticarət mərkəzində baş verən bədbəxt hadisə barədə ötən gün məlumat vermişdik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət