Dərc edildi: Baxış sayı: 410
Azərbaycanda mobil operatorlar 1 mlrd. manata yaxın gəlir əldə edib
2018-ci il ərzində informasiya və rabitə müəssisələri 1 milyard 881,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.
"Kommersant.az"-in məlumatına görə, 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,0 faizi qeyri-dövlət sektorunun payına düşmüb.
Xidmətlərdən əldə edilən gəlirin 46,2 faizi və ya 868,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət