Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda minimum əməkhaqqı artırılır?

Azərbaycanda minimum əməkhaqqı artırılır?
Sakura

Azərbaycanda minimum əməkhaqqı artırılır?

Minimum əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndiirlməsi sosial siyasətin əsas prioritetlərindəndir.

“Ens.Az” bildirir ki,bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"2023-cü ilin yanvarından minimum əməkhaqqı 345 manata qədər artırıldı. İlk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi. Son 4 ildə Azərbaycanda minimum əməkhaqqı 2,9 dəfə artırılıb. Ümumiyyətlə sosial təminatın güclənidirilməsi sosial siyasətin əsas səbəblərindəndir. Bu səbəbdən 2024-cü ildə də sosial paketin genişlənidirilməsi və sosial proqramlara daha çox vəsaitin ayrılacağını gözləyirik",- deyə deputat əlavə edib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur. Gələn il, həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR