Dərc edildi: Baxış sayı: 417
Azərbaycanda metanol istehsalı azalıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 41,6 min ton propilen (ondan 35 min ton əmtəəlik), 74,4 min ton polietilen, 76,6 min ton etilen, 7 milyon 284,9 min ton izopropil spirti və 87,4 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il sentyabrın 1-nə 6,3 min ton propilen, 0,7 min ton polietilen, 1 milyon 968,2 min ton izopropil spirti və 4,1 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Səkkiz ayda əsas kimya məhsullarından izopropil spirti istehsalı 22,1 faiz, metanol istehsalı 51,2 faiz azalıb. Propilen istehsalı 23,2 faiz, etilen istehsalı isə 15,3 faiz artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət