Azərbaycanda meşələrin idarəetmə sistemi modernləşdirilir
"Ötən ildən Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra poqramın ilkin layihəsi tamamlanıb".
"Report" xəbər verir ki, bunu ETSN-in Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə, proqram 2020-2030-cu illəri əhatə edən onillik müddət üçün nəzərdə tutulub: "Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib".
S.Salmanov bildirib ki, proqramın məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı dünyada tətbiq olunan meşələrin dayanıqlı istifadəsi üzrə 9 meyar əsas götürülüb: "Bu meyarlar meşə sektorunun inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda yerli qurumların ehtiyaclarını və gözləntilərini öyrənmək məqsədilə ölkə səviyyəsində qiymətləndirmələr aparılıb. Meşələrin idarə edilməsi modernləşdirilir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət