Azərbaycanda məktəbyaşlı qızlar minlərlə uşaq dünyaya gətirib
Ötən il Azərbaycanda 138 min 982 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, doğulan körpələrin 1,5%-i və ya 2 min 129-u 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
Məlumat üçün bildirək ki, "Ailə Məcəlləsi"nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub (Maddə 10). Bu, həm də o deməkdir ki, son bir il ərzində 2 min 129 uşaq qeyri-rəsmi nikahdan doğulub.
Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 2 min 129 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.
Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı son illərdə azalıb.
Son 9 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:
İllər | Məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı |
2010 | 4 103 |
2011 | 4 392 |
2012 | 3 236 |
2013 | 2 855 |
2014 | 3 296 |
2015 | 2 895 |
2016 | 2 809 |
2017 | 2 421 |
2018 | 2 129 |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət