Dərc edildi: Baxış sayı: 468
Azərbaycanda mayda dövlət xətti ilə 143 ipoteka krediti verilib
Bu il iyunun 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 466 568 min manat təşkil edib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 9 969 min manat, yaxud 0,7% çoxdur.
Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 143 vahid artaraq 28 818-dən 28 961-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ mayda 6 212 min manat və yaxud 7,75% artaraq 86 391 min manata çatıb.
Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 20 832 min manat və yaxud 2,8% artaraq 754 812 min manatdan 775 644 min manata çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət