Dərc edildi: Baxış sayı: 652
Azərbaycanda magistral yolda sürət həddi dəyişdi
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə aparılacaq təmir işləri ilə əlaqədar olaraq yol boyu hərəkət sürəti 70 km/saat-a qədər endirilir.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Qeyd edək ki, beton yolun böyük bir hissəsi son illərdə yararsız vəziyyətə düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət