Slimfit
  1. SİYASƏT

Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq

Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq
Sakura

Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq

FED.az xəbər verir ki, bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 7-ci maddəsində (Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması) bildirilib.

Sənəddə qeyd edilib ki, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirmə riskindən sığortalanmalıdır.

Lombard öz vəsaiti hesabına girov qoyulmuş ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR