Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb

Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb
Sakura

Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb

Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.

Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.

Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR