Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilir?- AÇIQLAMA

Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilir?- AÇIQLAMA
Sakura

Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilir?- AÇIQLAMA

"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

Ens.az xəbər verir ki, Sonxeber.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 

Maraqlıdır, pandemiyada üçüncü dalğa gözlənilə bilərmi, və yaxud da sözügedən virusun inkişaf mərhələsində üçüncü dalğa da varmı?

Bununla bağlı Sonxeber.az-a danışan baş infeksionist Cəlal İsayev dalğaların epidemiyanın yayılma prosesində qanunauyğunluqlarından biri olduğunu açıqlayıb. Baş infeksionist mövsümi proseslə xəstəliyin yenidən biruzə verib artmasını ikinci, üçüncü və dördüncü kimi adlandıracağımızı bildirib. Cəlal İsayev qeyd edib ki, bu xəstəliyin inkişaf dinamikası, yəni artıb-azalması ilə olan prosesdir:

"Xəstəlik arta və yaxud da azala bilər. Dalğalar ümumi olaraq artıb- azalma ilə bağlı olan prosesdir. Ölkədə əks-epidemik tədbirlər aparıldı. İnsanlar buna riayyt etsələr, həmin dalğalanmalar da zəif olar. Ölkədə karantinlə bağlı yumşalmalar aparılıb, çox güman ki insanlar və hava şəraiti da bizə kömək edər. Payızda xəstəliyin təkrar qalxması müşahidə oluna bilər. Mövsümü xəstəliklərdə, qrip və digər respireator viruslarda artım müşahidə olunduğu kimi koronavirusda da artım müşahidə oluna bilər. Mövsümi proseslə xəstəliyin yenidən biruzə verib artmasını ikinci, üçüncü və dördüncü kimi dəyərləndirə, deyə bilərik".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR