Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirusla bağlı daha bir xəbərdarlıq

Azərbaycanda koronavirusla bağlı daha bir xəbərdarlıq
Sakura

Azərbaycanda koronavirusla bağlı daha bir xəbərdarlıq

Hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

ETSN və AQTA həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.

ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar Xətti”nə məlumat verməyə çağırır.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronovirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.

Əldə olunan təcrübəyə əsasən 2019-nCoV koronovirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR