Dərc edildi: Baxış sayı: 458
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə “Ens.az”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, 2 075 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 137, bu günə qədər isə ümumilikdə 917 027 test icra olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət