Dərc edildi: Baxış sayı: 1303
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Son rəqəmlər
Azərbaycan Respublikasında hazırkı dövrədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub. Bildirilib ki, 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatda qeyd olunur ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Qeyd edək ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət