Azərbaycanda koronavirusa yoluxanların kimlikləri açıqlanacaq? - Rəsmi
“Biz koronavirus pandemiyasına (COVID-19) yoluxan şəxslərin kimliklərini açıqlaya bilmərik. Çünki bu, etik qaydalara uyğun deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Şöbə müdiri qeyd edib ki, sağalan şəxslərin hansısa sayta və ya kiməsə müsahibə verməsi ilə bağlı təzyiq etmək onların ixtiyarı daxilində deyil:
“Bu, onların şəxsi qərarıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət