Dərc edildi: Baxış sayı: 529
Azərbaycanda koronavirusa görə aparılmış testlərin sayı açıqlandı - RƏSMİ
“Ümumilikdə, ölkədə 836 nəfər aktiv koronavirus xəstəsi var”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu günə qədər 75 397 test edilib:
“Bu gün 3 661 test icra olunub. 56 yeni yoluxma qeydə alınıb. Vəfat edən yoxdur. Aktiv koronavirus xəstəsi 836 nəfərdir.
17 nəfər reanimasiyadadır. Onlardan altısı süni nəfəs aparatına qoşulub”.
O bildirib ki, koronavirusa yoluxma qadınlar arasında üstünlük təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət