Azərbaycanda kibertəhlükəsizlik məqsədi ilə yeni xidmət istifadəyə verilib
Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) "Yoluxmuş IP" adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz" adlı forumda çıxış edən XDMX-nın nümayəndəsi Tural Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yeni xidmət istifadəçilərə bir sıra üstünlüklər qazandırıb: “İnternet səhifəmizi ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövsiyyə olunur ki, "Tövsiyyə" bölməsinə keçsin. Həmin bölmədə tövsiyyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür".
XDMX rəsmisi onu da deyib ki, təmsil etdiyi qurum sabah www.blacklist.gov.az (“Qara siyahı”) saytını da istifadəyə verəcək. Amma T.Məmmədov yeni saytın mahiyyəti barədə məlumat verməyib.
Bundan başqa, onun sözlərinə görə, son vaxtlar aparılan araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68%-i serverin təhlükəsizliyinin, 32%-i isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət