Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq - Ekspert
Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.
Bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.
V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: "İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub".
Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.
Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət