Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ

Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ
Sakura

Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan

Respublikası Qanununun 25-ci maddəsinə əsasən və Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli

73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi

qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması

təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri

tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2020-ci il 18 may saat 00:00-dan etibarən:

1.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron

rayonunun ərazisində:

1.1.1. yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az”

portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri

barədə arayış əsasında tərk etmək sistemi ləğv edilsin;

1.1.2. bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan

məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərtilə

aradan qaldırılsın;

1.1.3. restoran, kafe və çay evlərində, eləcə də ictimai iaşə

məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək

bərpa edilsin (qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

1.2. Azərbaycan Respublikasının ərazisində:

1.2.1. muzeylərin və sərgi zallarının fəaliyyəti bərpa edilsin;

1.2.2. 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına tətbiq

olunan qadağa götürülsün. 

2. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan

Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına

dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı

dəyişikliklər edilsin:

2.1. 2-ci hissə ləğv edilsin;

2.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və

Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət

mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər

istisna olmaqla) xidmətlər;”;

2.3. 3.3-cü bənddən “muzey və sərgi zallarının,” sözləri

çıxarılsın;

2.4. 4.6.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.6.2. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə

obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində

müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma

xidmətləri, onlayn satışlar.”;

2.5. aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilsin:

“4.14. muzeylərin və sərgi zallarının fəaliyyəti.”.

3. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin

dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli

Qərarına 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində

müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi

zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər

edilsin:

3.1. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə

obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində

müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma

xidmətləri, onlayn satışlar.”;

3.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

“13. Muzeylərin və sərgi zallarının fəaliyyəti.”.

4. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan

Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına

dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı ləğv edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan

Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin 

tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və

“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının

ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə

tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında

dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 3 aprel tarixli 125 nömrəli Qərarının 2-ci hissəsi

ləğv edilsin.

6. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan

Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına

dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik

edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 4 aprel tarixli 126 nömrəli Qərarı ləğv edilsin.

7. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin

rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli 144 nömrəli Qərarının

5-ci hissəsi ləğv edilsin.

8. “Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi

məhdudiyyətlərin 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması

barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

24 aprel tarixli 147 nömrəli Qərarının 5-ci hissəsi ləğv edilsin.

9. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin

rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq

edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli

163 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3.1-ci bənddə “2 aprel” sözləri “30 mart” sözləri ilə əvəz

edilsin;

9.2. 5.2-ci bənddə “qeyri-iş günlərində” sözləri “xüsusi karantin

dövründə” sözləri ilə əvəz edilsin;

9.3. 6-cı hissə ləğv edilsin.

10. Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR