Azərbaycanda karantin rejimi bitdikdən sonra qızılın qiyməti artacaqmı ?-AÇIQLAMA
Bütün dünyanı cənginə almış koronavirus pandemiyası bir çox sahələrə ciddi ziyan vurub, bankların bir çoxu bağlanıb, gənc cütlüklərin evlənmək Bu sah Hazırda virusun ən çox yayıldığı Avropa ölkələrində vəziyyətin müəyyən dərəcədə yaxşılaşması ilə karantin rejimi yumuşaldılıb. Belə ki, karantin rejimi ilə bağlı yumuşaldılma prosesi mərhələli olaraq
Azərbaycanda da başlayıb. Karantin rejimi bitdikdən sonra qızılın qiymətində hansı dəyişikliklər olacaq? Qiymətlərdə artım gözlənilirmi?
Ens.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, indiki şəraitdə bir çox bankların bağlanması və daşınmaz əmlak bazarında çökmələr,zəifləmələr olduğundan böyük əksəriyyət artıq kapitalın istiqamətini həmişə dəyərli olan qızıla yönəldəcək:
"Hesab edirəm ki, dünyada hazırda qızıla maraq artıbdır. Digər yığım növlərindən çox qızıla üstünlük veriblər. Ona görə də düşünürəm ki, önümüzdəki aylarda qızılın qiyməti qalxa bilər.
Yəni söhbət xam qızıldan gedir. Belə ki, xam qızılın da qiyməti qalxacaqsa bu da yəqin ki, qızıl ilə əlaqəli olan digər bazarlara, o cümlədən də qızıldan olan ziynət əşyalarının bahalaşması istiqamətində gözləntilər var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət