Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
Sakura
:0

Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub

2019-cu il oktyabrın sonunadək Azərbaycan bankları tərəfindən 9,1 milyon manat məbləğində ipoteka krediti verilib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə azdır.

Hesabata əsasən, oktyabr ayında banklar tərəfindən verilən kreditlərin təkrar maliyyələşməsinin həcmi 19 milyon manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun səlahiyyətli bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği oktyabrda 50,5 min manata bərabər olub ki, bu da Fondun fəaliyyəti dövründə ən yüksək göstərici olub. Ötən ilin oktyabrında bu rəqəm 48,3 min manat təşkil etmişdi. Kreditin verilməsinin ortalama müddəti 281 ay təşkil edib ki, bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə dəyişməz qalıb. Orta illik faiz dərəcəsi 6,48 faiz (ötən ilin oktyabrında 6,57 faiz), orta aylıq ödəmə 354,1 manat (ötən ilin oktyabrında 342,3 faiz) təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR