Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda "İpoteka haqqında qanun" dəyişib

Azərbaycanda "İpoteka haqqında qanun" dəyişib
Sakura

Azərbaycanda "İpoteka haqqında qanun" dəyişib

 Milli Məclis bu gün plenar iclasında “İpoteka haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Report”un verdiyi xəbərə görə, layihə əsas etibarilə məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasını ( notariusun icra qeydi əsasında) və şərtlərini optimallaşdırır. Belə ki, layihəyə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Bu proses xüsusi ardıcıllıqla həyata keçirilir: İpoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana sifarişli poçt göndərişi və elektron üsulla göndərir. Bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınır.İpoteka qoyan bildirişdən 21 gün ərzində məhkəməyə şikayət edə bilər. Məhkəməyə şikayət olunmadıqda, ipoteka saxlayan notariusa icra qeydi üçün müraciət edir. İpoteka predmetinin açıq bazarda satılması ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə icra qeydini icra orqanına göndərir. İcra məmuru tələbin açıq bazarda könüllü icrası üçün 2 ay müddət müəyyən edir. İpoteka predmeti bu müddətdə satılmadığı halda icra məmuru tələbin məcburi icrasına başlayır. İcra məmuru hərracın keçirilməsini müvafiq ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracdan ipoteka predmeti satılır.

Layihədə həmçinin əsas öhdəliyin ibarət olduğu tələblər dəqiqləşdirilir (əsas borc, faizlər, dəbbə pulu və zərər), ipoteka müqaviləsində göstərilməsi tələb olunan əlavə şərtlər (ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli olan şəxs və ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı) müəyyən edilir.

Bundan başqa, ipoteka predmetinin dəyişdirilməsi ipotekanın əlavə dövlət qeydiyyatına səbəb olan hal kimi qanundan çıxarılır. İpotekaya xitam verilməsi zamanı ödənilməsi tələb olunan rüsumun ipoteka qoyan tərəfindən ödənilməsi müəyyən edilir. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, ipoteka qoyana ipoteka saxlayanın yazılı razılığı ilə ipoteka predmetini özgəninkiləşdirmək imkanı yaradılır. Bunun üşün ipoteka saxlayan əsas öhdəliyin həcmi barədə arayışı ipoteka qoyana, o da öz növbəsində bu arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir.

Bundan başqa, layihədə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icrasının 60 təqvim günü və daha çox müddətə gecikdirildikdə və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdikdə) dəqiqləşdirilir.

Hərracın keçirilməsi qaydası optimallaşdırılır (hərrac və təkrar hərrac barədə elanın verilməsi müddəti qısaldılır, ikinci elanın verilməsi zərurəti hərrac təşkilatçısının internet səhifəsində hərrac barədə məlumatlatın yerləşdirilməsi ilə əvəz edilir, hərrac addımı (ilkin satış qiymətinin 3%-dən az olmamaqla) müəyyən edilir, təkrar hərrac zamanı ilkin satış qiymətinin ən aşağı qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət olması ilə şərtləndirilir və s.)

Təklifə əsasən ipoteka premetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçiriləcək. Hazırda isə bu 45 təqvim günündən gec olmayaraq qeyd olunub.

İpoteka predmetinin satışından gəlirin bölüşdürülməsi növbəliliyinə icra ödənişi daxil edilir.

İpoteka qoyan və onunla birlikdə yaşayan digər şəxslərin ayrıca məhkəmə qərarı tələb olunmadan icra sənədi əsasında 10 təqvim günü müddətində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müəyyən edilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR