Dərc edildi: Baxış sayı: 557
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
“Report”un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət