Dərc edildi: Baxış sayı: 380
Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq
Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.
Onun sözlərinə görə, bu, "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacaq:
"Biz xüsusən də kənd yerlərində yüksəksürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq".
O əlavə edib ki, “Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət